Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2024 21:26
"Milan" "Vilyarreal"a icarəyə göndərdiyi futbolçusu Mateo Qabbianı vaxtından əvvəl geri qaytarıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, onun İspaniya təmsilçisi ilə müqaviləsi ləğv olunub. Bu qərar "Milan"ın mərkəz müdafiəçiləri Fikayo Tomori və Malik Tşaunun zədələri ilə bağlıdır.
Qeyd edək ki, 24 yaşlı oyunçu bu mövsüm "Vilyarreal"da ümumilikdə 13 oyuna çıxıb.