Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BMT Baş katibi İranda törədilən terror aktını pislədi

BMT Baş katibi İranda törədilən terror aktını pislədi

Tarix: 3 Yanvar 2024 22:54

BMT-nin Baş katibi Antoniu Quterreş İranın Kirman əyalətində qəbiristanlıq yaxınlığında törədilən terror aktını pisləyib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Florensiya Soto Nino brifinqdə bildirib.

Baş katib Antoniu Quterreş günahkarların tezliklə məsuliyyətə cəlb olunmasını istəyib.

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.

Milli.Az


Etiketlər:  BMT Baş katibi İranda törədilən terror aktını pislədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ