Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Argentina məhkəməsi Prezident Mileyin qərarına qarşı çıxıb

Argentina məhkəməsi Prezident Mileyin qərarına qarşı çıxıb

Tarix: 4 Yanvar 2024 07:46

Argentina məhkəməsi Prezident Xavyer Mileyin əmək qanunları ilə bağlı fərmanını qismən dayandırıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "La Nacion" qəzeti məlumat yayıb.

Ölkənin ən böyük həmkarlar ittifaqı assosiasiyası "Confederacion General del Trabajo" Mileyin fərmanına qarşı şikayət verdikdən sonra məhkəmə işə baxıb və belə qərara gəlib ki, Argentina Prezidentinin ölkə Konqresinin təsdiqi olmadan fərmanla əmək qanunvericiliyi islahatları aparmağa əsası yoxdur.

Həmkarlar ittifaqlarının narazılığına ilk növbədə, fərmandakı təşkilatların və işçilərin iqtisadiyyatın bir sıra sahələrində - nəqliyyat, təhsil, səhiyyə və rabitə sahələrində tətil keçirmək hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdıran bənd səbəb olub.

Sınaq müddətinin 3 aydan 8 aya qaldırılmasından da narazılıq yaradıb.

Bundan əvvəl Argentinanın yeni hökuməti parlamentə islahatlar paketi təqdim edib.

Daha əvvəl isə Buenos-Ayresdə etiraz aksiyası keçirilib, iştirakçılar Prezident Xavyer Mileyin islahatlarından narazılıqlarını ifadə ediblər.

Milli.Az


Etiketlər:  Argentina məhkəməsi Prezident Mileyin qərarına qarşı çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ