Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxıstanda binanın çökməsi zamanı 3 nəfər ölüb - YENİLƏNİB

Qazaxıstanda binanın çökməsi zamanı 3 nəfər ölüb - YENİLƏNİB

Tarix: 4 Yanvar 2024 16:04

Qazaxıstanda kafedə partlayış nəticəsində uçan binada ölən 3-cü şəxs tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə APA-nın Qazaxıstan müxbiri məlumat yayıb.

Uralsk şəhərində baş verən hadisə zamanı həlak olan üçüncü şəxsin meyiti xilasedicilər tərəfindən aşkar edilərək çıxarılıb.

Partlayış günorta saat 14:00-da kafedə baş verib. Daha əvvəl 2 nəfərin ölümü haqda məlumat verilmişdi. Hazırda daha 4 nəfərin reanimasiyada olduğu bildirilir.

-------

10:08

Qazaxıstanın Uralsk şəhərində kafelərdən birində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki,  "Sputnik Kazaxıstan"a istinadən xəbər verir ki, hadisə nəticəsində kafenin binası uçub.

Bildirilib ki, dağıntılar altından 6 nəfər xilas edilib, onlardan 5-i hospitala yerləşdirilib.
Ərazidə xilasetmə işləri aparılır.

Milli.Az


Etiketlər:  Qazaxıstanda binanın çökməsi zamanı 3 nəfər ölüb YENİLƏNİB


RƏYLƏR