Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putinin çarpayısının yanında daim kimin kitabı olur? - VİDEO

Putinin çarpayısının yanında daim kimin kitabı olur? - VİDEO

Tarix: 4 Yanvar 2024 11:34

Rusiya prezidenti Vladimir Putin dünən keçirdiyi ilin yekunladına dair canlı mətbuat konfransında "Hansı kitabı mütailə etməyi xoşlayır" sualına cavab verərkən zarafatla Rusiya Federasiyasının Cinayət Məcəlləsini yenidən oxumağa hazırlaşdığını bildirib, çünki birbaşa xətt zamanı ona iqtisadi cinayətlərə görə ədalətsiz olaraq uzunmüddətli cəzalar verildiyini göstəriblər.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu haqda "Kommersant" nəşri məlumat yazıb.
 
Daha sonra ciddi notlara qayıdan Putin deyib ki, onun oxumağa vaxtı azdır, lakin yataq otağında, çarpayının yanında Mixail Lermontovun bir cild əsəri var.
 
"O, (Lermontovu nəzərdə tutur) parlaq gənc idi. Mənə çox maraqlıdır ki, o dövrün belə parlaq insanları necə düşünürdülər, onların hansı dəyərləri var idi, bu günümüzlə necə bağlıdır. Ümumiyyətlə, onu oxumaqdan zövq alıram", - deyə işğalçı diktator etiraf edib.
 
Moderator.az xatırladır ki, bu ilin  sentyabrında Finlandiya Prezidenti Sauli Niinistö "Nyu York Tayms"a açıqlamasında bildirmişdi ki, onunla görüşlərindən birində söhbət zamanı Putin diqqətli, iddialı, bilikli və rus mədəniyyətinə aludə olan bir adam təəssüratı yaradıb. Niinistö Putinin rus mədəniyyəti haqqında biliyini yoxlamaq üçün ondan Lermontovun şair Aleksandr Puşkinin vəfatına həsr etdiyi şeir barədə soruşub. Onun sözlərinə görə, Putin bu barədə 30 dəqiqədən çox danışıb.

Milli.Az


Etiketlər:  Putinin çarpayısının yanında daim kimin kitabı olur VİDEO


RƏYLƏR