Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2024 16:08
İspaniyanın "Real" klubu 62 ildən sonra rekordunu təkrarlayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, Madrid təmsilçisi cari mövsüm çempionatda 19 oyunda 11 qol buraxmaqla buna nail olub.
Bu, "kral klubu"nun La Liqa tarixindəki ən yaxşı göstəricisinin təkrarıdır.
Komanda 1961/1962 mövsümündə 19 matçda qapısında eyni sayda top görüb və həmin vaxt çempion olmuşdu.
Qeyd edək ki, "Real" hazırda 48 xalla liderdir. İkinci sıradakı "Jirona" da eyni xala malikdir.