Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir

Yaponiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir

Tarix: 4 Yanvar 2024 17:22

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "47 News" portalı İsikava prefekturasının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Statistikaya görə, Vacima şəhərində ölənlərin sayı 78 nəfər olub. Yerli hakimiyyət orqanları itkin düşən 50-dən çox şəxsi tapıb xilas etməyə tələsir", - nəşr yazır.

Qeyd edək ki, yanvarın 1-dən etibarən Yaponiyada müxtəlif gücdə 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub. Ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi 20 saatdan çox davam edib. Bu, 1885-ci ildən bəri Yaponiyanın bu hissəsində baş verən ən güclü zəlzələ olub. Seysmoloqlar xəbərdarlıq edir ki, bölgədə afterşoklar təxminən bir həftə davam edəcək və 7 baldan yuxarı yeni güclü zəlzələlər riski var.

Milli.Az


Etiketlər:  Yaponiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir


RƏYLƏR