Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2019 09:56
U-21 millimizin futbolçusu Fərid Nəbiyev Çexiyada növbəti qolunu vurub.
Qol.az xəbər verir ki, "Slaviya"nın B komandasının azərbaycanlı hücumçusu Çexiya Gənclər liqasının 14-cü turunda "Viktoriya" (Plzen) ilə səfər oyununda fərqlənib.
Görüş meydan sahiblərinin 3:2 hesabllı qələbəsi ilə başa çatıb. Fərid start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 32-ci dəqiqədə Nəbiyev rəqib qapısından keçirib. Bununla da o, bu mövsüm vurduğu qolların sayını 6-ya çatdırıb.
Qeyd edək ki, “Slaviya”nın U-21 komandası 14 turdan sonra 21 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.