Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İndoneziyada iki sərnişin qatarı toqquşub, ölənlər var

İndoneziyada iki sərnişin qatarı toqquşub, ölənlər var

Tarix: 5 Yanvar 2024 07:48

İndoneziyanın Yava adasının Çikalenqka - Haurpuqur hissəsində səhər saatlarında iki sərnişin qatarı toqquşub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, yerli vaxtla saat 06:03-də (Bakı vaxtı ilə 03:03) baş verən qəza nəticəsində dəmiryolunun 3 əməkdaşı həlak olub.

Qeyd olunub ki, bir neçə vaqon relsdən çıxıb və sərnişinlər əşyalarını dağıntılar altından çıxarmağa çalışıblar.

Yolu təmizləmək üçün hadisə yerinə ağır texnika cəlb olunub, polis əməkdaşları sərnişinləri qəza yerindən təxliyə ediblər.

Vurğulanıb ki, reyslər alternativ marşrutla dəyişdiriləcək və səyahət vaxtı iki-üç saat artacaq.

Milli.Az


Etiketlər:  İndoneziyada iki sərnişin qatarı toqquşub ölənlər var


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR