Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənubi Koreya Şimalın təxribatına belə cavab verdi

Cənubi Koreya Şimalın təxribatına belə cavab verdi

Tarix: 5 Yanvar 2024 13:54

Cənubi Koreya Sarı dənizdəki adalarda təlimlər keçirməyə başlayıb.

Milli.Az metbuat.aza istinadən xəbər verir ki, Seul bu addımı Şimali Koreyanın dənizdəki adalarını atəşə tutmasına cavab olaraq atıb.

Yerli Yonhap xəbər agentliyi yazır ki, Koreya Respublikası Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, təlimlər 19 sentyabr 2018-ci il tarixində Koreyalararası hərbi sazişin imzalanmasından sonra ilk dəfədir ki keçirilir.

Qeyd edək ki, yanvarın 5-də Şimali Koreya hərbçiləri iki saat ərzində sahildən Cənubi Koreyanın Pangnendo və Yeonpyeongdo adalarına doğru 200-dən çox artilleriya atəşi açıb. Cənubi Koreya tərəfində dağıntı qeydə alınmayıb. Mərmilər Şimali Koreya ərazisinə düşüb.

Milli.Az


Etiketlər:  Cənubi Koreya Şimalın təxribatına belə cavab verdi


RƏYLƏR