Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2024 15:35
Aparıcı Hüsniyə Məhərrəmova Bakı-Qəbələ qatarından şikayətlənib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, dostları ilə birlikdə Qəbələyə gedərkən sürət qatarından istifadə etdiklərini deyib. Hüsniyə bildirib ki, nəzarətçi onların söhbət etməsinə irad bildirib:
"Nəzarətçi üstümüzə qışqırdı ki, sakit olun, sizdən şikayət edirlər. Şikayət edən xanıma yaxınlaşdıq. Dedi, həmin nəzarətçi bizə söylədi ki, siz bizdən şikayət edirsiniz, sakit durun. Fakt isə odur ki, nə onlar bizdən, nə biz onlardan şikayət etmişik. Adi tonda söhbət edirik".
Hüsniyə daha sonra Dəmiryol Vağzalının Qəbələdən çox uzaq olmasını irad tutub:
"Qəbələdən nə qədər aralıda vağzal tikib, stansiya salanda elə məntiqiniz bəllidir. Hələ soyuqda 2 saat bilet və vəsiqə yoxlanışını demirəm. Dinozavırlar dövründəki kimi".