Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlon Mask bu səbəbdən ittiham olunur

İlon Mask bu səbəbdən ittiham olunur

Tarix: 5 Yanvar 2024 16:30

ABŞ Əmək Agentliyi "SpaceX" şirkətinin baş direktoru İlon Maskın aktivlərini "diqqət yayındırmaq faktoru və rüsvayçılıq" adlandırdığı məktubu yayan səkkiz işçini qanunsuz olaraq işdən çıxarmaqda ittiham edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Milli Əmək Münasibətləri Şurasının (NLRB) məlumatına görə, "SpaceX" işçilərin federal əmək qanunları çərçivəsində hüquqlarını, o cümlədən təşkilatlanma və daha yaxşı iş şəraiti uğrunda mübarizə aparmaq hüququnu pozub.

İşçilər Maskın "tvitləri" ilə razılaşmadıqlarını bildiriblər, onların fikrincə, bu, şirkətin müxtəliflik və iş yerində qəbuledilməz davranışla bağlı siyasətini əks etdirmir. Onlar "SpaceX"i Maskın "tvitlərini" qınamağa çağırıblar.

Şikayətdə, həmçinin bildirilib ki, "SpaceX" şirkət rəhbərliyinə məktub göndərən işçilərini sorğu-sual edib, alçaldıb və işdən çıxarmaqla hədələyib.

"SpaceX" iddialarla bağlı qəti addımlar atmasa, iş məhkəməyə qədər gedə bilər. Qərar hakim tərəfindən veriləcək və şirkətin apellyasiya şikayəti vermək imkanı olacaq. Məhkəmənin hazırlıq iclası martın 5-nə təyin edilib.

Qeyd edək ki, işdən çıxarılmaların qeyri-qanuni olduğu müəyyən olunarsa, "SpaceX" işçilərini işlərinə qaytarmalı və onlara pul ödəməli olacaq. Bundan əlavə, şirkət əmək qanunlarını pozmaqda təqsirli bilinərsə, gələcəkdə cəzalandırıla bilər.

Milli.Az


Etiketlər:  İlon Mask bu səbəbdən ittiham olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ