Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toy gecəsi bakirə olmadığı məlum olan arvadı boşamaq olar?

Toy gecəsi bakirə olmadığı məlum olan arvadı boşamaq olar?

Tarix: 6 Yanvar 2024 02:16

Sual: Toy (zifaf) gecəsi arvadının qızlıq pərdəsinin olmadığını, yəni, onun bakirə olmadığını görən bir kişi buna əsaslanaraq kəbinin ləğv edilməsini tələb edə bilər?

Xeyr, tələb edə bilməz.

Bu məsələdə bir qadın üçün qüsur və nöqsan hesab edilən şeylər bunlardır:

Qadının cinsiyyət orqanında cinsi əlaqəyə mane olan sümük, ət parçası yaxud da qabaq hissə ilə arxa hissə arasındakı pərdənin yırtıq olması.

Əgər kişi belə bir şikayətlə məhkəməyə müraciət etsə, məhkəmə işi müəyyən qaydalar daxilində normal şəkildə aparılır və lazım gəlsə, kəbin ləğv edilir. Qızlıq pərdəsinin olmaması bu nöqsanlardan deyil. Başqa sözlə, qızlıq pərdəsinin olmadığını səbəb göstərib kəbinin ləğv edilməsini tələb etmək olmaz.

Bəkarət nə qədər mühüm olsa da, nəzərə almaq lazımdır ki, qızlıq pərdəsi tullanmaq, sıçramaq, yıxılmaq ya da çox uca bir yerdən hoppanmaq nəticəsində də cırılmış ola bilər. Əksi sübut olunanadək bir insanın təqsirli bilinməməsi prinsipi mütləq və qaçınılmaz bir prinsip olduğuna görə bu məsələdə qızlıq pərdəsinin bu cür səbəblərdən cırıldığını güman edib vəziyyəti qadının lehinə qiymətləndirmək lazımdır. Qadından heç kim (hətta əri, məhkəmə heyəti yaxud da başqa bir şəxs) niyə bakirə olmadığını və ya qızlıq pərdəsinin niyə cırıldığını soruşa bilməz. Heç kimə belə bir səlahiyyət və haqq-hüquq verilməyib.

Əgər bir şəxs hər hansı bir qızla həmin qızın bakirə olmağını ortaya şərt qoyub bir qədər mehr verərək onunla evlənsə və cinsi əlaqə vaxtı qızın bakirə olmadığı məlum olsa, qız əvvəlcədən aldığı mehrdən ərinə heç bir şey qaytarmamalıdır, onun buna hüququ çatır. ((Ömər Nəsuhi Bilmən, Hüquqi islamiyyə və istilahati fiqhiyyə külliyatı (İslam hüququ və fiqh (islam hüququ) terminləri külliyatı), İstanbul, 1985, 2-ci cild, s. 141.))

Qızın bakirə olub olmadığını ancaq və ancaq aşağıdakı hallarda yoxlamaq olar:

Qız/qadın ərinin onunla cinsi əlaqəyə girmədiyini iddia edərək ondan boşanmaq istədiyini bildirsə və bu tələblə məhkəməyə müraciət etsə, hakim vəziyyəti qəymətləndirməlidir. Əgər kişi müalicə edilə bilərsə, məhkəmə heyəti ona müalicə üçün 1 il möhlət (vaxt) verməli və müalicə edilməli olduğuna dair xəbərdarlıq etməlidir. Bu müddət başa çatdıqdan sonra qadın ərinin hələ də onunla cinsi əlaqəyə girmədiyini (girə bilmədiyini) bildirsə və kişi buna etiraz etsə, vəziyyətə baxılmalı və qadının bakirə olub-olmadığı yoxlanılmalıdır. Bu yoxlama qadının tələbini nəzərə alıb boşanma qərarı vermək üçün aparılır. ((Eyni əsər, s. 351.))


Etiketlər:  gecəsi bakirə olmadığı məlum olan arvadı boşamaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ