Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2024 03:02
Müğənni Britni Spirs yeni albom üzərində işlədiyi barədə xəbərləri təkzib edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Bilin ki, xəbərlərin çoxu zibildir! Yeni albom yazdırmaq üçün təsadüfi insanlara yaxınlaşdığımı deyirlər... Mən heç vaxt musiqi industriyasına qayıtmayacağam!" - deyə müğənni bildirib.
Spirs qeyd edib ki, o, yeni mahnıları yalnız "istək və ya sifarişlə" yazır. O, mediada onun işi ilə bağlı yayılan şayiələrdən qəzəblənib və onların yalan olduğunu vurğulayıb.
Qeyd edək ki, dekabrın 30-da "The Sun" nəşri Spirsin səkkiz ildən sonra 2024-cü ildə ilk albomunu buraxacağını yazmışdı.