Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2024 06:34
Rusiyada ötən gecə maraqlı təbiət hadisəsi qeydə alınıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Moskva şəhəri və Moskva vilayətinin sakinləri şaxtalı hava fonunda işıqlı sütunları müşahidə ediblər.
Bu qeyri-adi və əsrarəngiz görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.
Qeyd edək ki, Rusiya paytaxtında ötən gecə qış başlayandan bəri ən soyuq gecə olub və temperatur təxminən -27 dərəcəyədək düşüb.