Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist Gülbahar Şükürlü dəfn olunub - YENİLƏNİB - VİDEO - FOTO

Əməkdar artist Gülbahar Şükürlü dəfn olunub - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 6 Yanvar 2024 13:25

13:23

Dünən vəfat edən tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü dəfn olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, əvvəlcə mərhumla Buzovna qəsəbəsindəki evində vida mərasimi keçirilib.

Mərasimdə sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak edib.

Vida mərasimi bitdikdən sonra mərhumun cənazəsi Buzovnadakı "Əli ayağı" qəbiristanlığına aparılaraq dəfn olunub.

Qeyd edək ki, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.

--------

12:43


Əməkdar artist Gülbahar Şükürlü bu gün Buzovna qəsəbəsindəki "Əli ayağı" qəbiristanlığında dəfn olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda mərhumun Buzovnadakı evində vida mərasimi keçirilir: "Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün Əli ayağı qəbiristanlığına aparılacaq".

------

12:08


Mərhum qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü Buzovna qəsəbəsində, həyat yoldaşının yanında dəfn olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə axşam.az-a onun ailə üzvləri bildiriblər.

---------

10:54


Mərhum qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü ilə vida mərasimi keçirilir.

Bu barədə Milli.Az-a Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əməkdar artistlə vida mərasimi Buzovna qəsəbəsindəki evində keçirilir.

Milli.Az


Etiketlər:  Əməkdar artist Gülbahar Şükürlü dəfn olunub YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR