Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2024 11:18
ABŞ-nin müdafiə naziri Lloyd Ostin planlı tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayder məlumat yayıb.
"Yanvarın 1-də axşam müdafiə naziri Lloyd Ostin son planlı tibbi prosedurdan sonrakı ağırlaşmalar səbəbindən Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib", - məlumatda deyilib.
Pentaqon Ostinin sağalmağa doğru getdiyini və çox güman ki, şənbə günü işə qayıdacağını qeyd edib.