Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi "Vilyarreal"a keçə bilər

Tarix: 6 Yanvar 2024 19:22

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Fakundo Pelyistri İspaniya təmsilçisi "Vilyarreal"a keçə bilər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, İspaniya klubu Uruqvay millisinin üzvünü qış "transfer pəncərəsi"ndə heyətinə qatmaq niyyətindədir.

22 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"in start heyətində möhkəmlənə bilmədiyi üçün komandadan ayrılmaq ehtimalı yüksək qiymətləndirilir. Futbolçunun "mankunianlar"la 2025-ci ilin yayına kimi müqaviləsi qüvvədədir. "Transfermarkt" portalı onun dəyərini 10 milyon avro qiymətləndirib.

Qeyd edək ki, Fakundo Pelyistri bu mövsüm "Mançester Yunayted"in heyətində 13 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Mançester Yunayted klubunun yarımmüdafiəçisi Vilyarreala keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ