Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əlcəzairdə qar magistral yollarda nəqliyyatın hərəkətini iflic edib

Əlcəzairdə qar magistral yollarda nəqliyyatın hərəkətini iflic edib

Tarix: 7 Yanvar 2024 01:26

Əlcəzairin şimal bölgələrinə yağan güclü qar magistral yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə TASS Əlcəzairin Milli Jandarmına istinadən məlumat yayıb.

Əsasən Tizi-Ouzou əyalətini Bejaia və Bouira ilə birləşdirən bir neçə yolda nəqliyyatın hərəkəti iflic olub. Ən çətin vəziyyət dağ aşırımları olan ərazilərdə müşahidə olunur. Qarın yağması ilə əlaqədar polis sürücülərə diqqətli olmağı tövsiyə edib.

Meteorologiya xidməti qeyd edib ki, bu, həftəsonu iyirmidən çox əyalətdə qar yağacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Əlcəzairdə qar magistral yollarda nəqliyyatın hərəkətini iflic edib


RƏYLƏR