Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbolçu finalda huşunu itirdi - VİDEO

Futbolçu finalda huşunu itirdi - VİDEO

Tarix: 7 Yanvar 2024 10:58

Qatar Ulduzlar kubokunun final oyununda "Um-Salal"ın futbolçusu Andi Delor huşunu itirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 32 yaşlı hücumçu "Əl-Ərəbi" ilə oyunun 16-cı dəqiqəsində özündən gedib.

Qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açan fransalı forvard həkimlərin müdaxiləsindən sonra özünə gəlib. Delor fasilədən sonra komandasının ehtiyat oyunçular skamyasında görünüb.

Oyun Andinin komandasının qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın əsas və əlavə vaxtında 4:4 hesabı qeydə alınıb. Penalti zərbələri zaman daha dəqiq olan "Um-Salal" 5:4 hesabı ilə qələbə qazanaraq, Qatar Ulduzlar kubokuna sahib çıxıb.

Qeyd edək ki, Delor Fransada "Nim", "Ayaçço", "Mets", "Tur", "Kan", "Tuluza", "Monpelye" və "Nitsa" kimi klublarda çıxış edib.

Milli.Az


Etiketlər:  Futbolçu finalda huşunu itirdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ