Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu qorxu ilə 2 il yaşadım''

''Bu qorxu ilə 2 il yaşadım''

Tarix: 7 Yanvar 2024 11:20

Aktrisa Zümrüd Qasımova ötən gün dünyasını dəyişən Əməkdar artist Gülbahar Şükürlü ilə bağlı paylaşım edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa illər əvvəl xərçəng xəstəliyi ilə mübarizə aparmasına toxunub.

"Allah Gülbahar xanıma rəhmət etsin. Hər dəfə bu xəstəlikdən kimsə rəhmətə gedəndə uzun müddət bu xəbərin təsirindən çıxa bilmirəm. Çox əziyyətli və iyrənc kimyaterapiyanın insana nə qədər əziyyət verdiyini çəkən bilər. Bu günlərimə görə Rəbbimə şükür. Allah məni yaşatdı. Amma 12 il bundan öncə bu qorxu ilə 2 il yaşadım. Yeriniz cənnət olsun, əziz Gülbahar xanım" deyə, Zümrüd bildirib.

Qeyd edək ki, G.Şükürlü uzun müddətdir xərçəngdən əziyyət çəkirdi. 


Etiketlər:  qorxu ilə yaşadım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ