Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 14:28
Birinci Kanalın ulduzu Yekaterina Andreyeva cavanlıq sirrini bölüşüb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, 62 yaşlı məşhur aparıcı tez-tez qarabaşaq çayı içdiyini deyib.
"Məndən tez-tez məşq zamanı nə içdiyim, ümumiyyətlə içki içib-içmədiyimi soruşurlar. Mən spirtli içki içmirəm, amma qarabaşaq çayı içirəm. Təxminən 90 dərəcə xüsusi qaynar suda kiçik bir çaynikdə dəmlənməlidir. Səhər çox faydalıdır", - teleaparıcı vurğulayıb.
Yekaterina ortopedik yastıqda yatdığını, həmçinin mütəmadi olaraq idmanla məşğul olduğunu deyib. Andreyeva əmindir ki, gözəlliyi, sağlamlığı və gəncliyi qorumaq üçün düzgün həyat tərzi sürmək lazımdır. Teleaparıcının sözlərinə görə, o, şirin qazlı sular içmir və sağlam qidalanmağa çalışır.
"Güzgüdə özünüzə tez-tez baxmaq olmaz, bu çox vacibdir. Çünki gözünüz bəzi dəyişiklikləri - qırışları aşkar etdikdə, insanlar vəsvəsəyə düşməyə başlayırlar. Bu qırışlarda "ilişib qalmaqla" onların inkişafını təhrik etməyə başlayırlar. Mən ancaq makiyajımı çox tez tətbiq etmək üçün güzgüyə baxıram - 5 dəqiqə", - ulduz bildirib.