Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bizi bir gecədə yeyərlər” - Vuçiç

“Bizi bir gecədə yeyərlər” - Vuçiç

Tarix: 7 Yanvar 2024 20:56

"Müasir tanklarımız var, amma əsgərimiz yoxdur. Ordu olmasa, dövlət də olmaz, bizi bir gecədə yeyərlər".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç yerli televiziya kanalına müsahibəsində deyib.

Serb lider orduya verdiyi əhəmiyyətlə bağlı açıqlamalar verib:

"Bizim üçün Serbiyaya yeni texnika gətirmək çətindir, çünki heç kim hərbi cəhətdən neytral ölkənin bu qədər tez güc qazanmasına imkan verməyəcək. Biz 12 yeni müasir avadanlıq almaq prosesindəyik". 

Vuçiç son vaxtlar ölkədə hərbi xidmətin məcburi edilməsi cəhdlərinə də toxunaraq, "Pulumuz var, tək sual insanımız olub-olmamasıdır. Bu gün tank baxımından super gücümüz var, çoxlu tankımız var, amma problem ondadır ki, bizim kifayət qədər hərbçimiz yoxdur. Serbiyanın cənubu bütün ölkəni əhatə edir. Oranı müdafiə edə bilmirik" , - deyə dövlət başçısı qeyd edib.


Etiketlər:  Bizi gecədə yeyərlər Vuçiç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ