Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 23:04
"Tesla" və "SpaceX" direktorlar şuraları hesab edir ki, bu şirkətlərin sahibi İlon Mask narkotik vasitələrdən istifadə edir və bu hal onun aktivlərinin taleyinə təsir edə bilər.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Mənbənin sözlərinə görə, şirkətlərdə Maskın mübahisəli fikirlərindən və təxribat xarakterli hərəkətlərindən narahatdırlar.
Şirkət sədrləri İlon Maskın narkotik istifadə etdiyini irəli sürüblər, lakin buna dair sübut təqdim etməyiblər.
Bildirilib ki, Maskın qeyri-qanuni maddələrə aludə olması SpaceX ilə çoxmilyonluq dövlət müqavilələrini təhlükə altına qoya bilər.
Qeyd olunub ki, Maskın vəkili Aleks Spiro biznesmenin mütəmadi olaraq qanında narkotik testlərindən keçdiyinə inandırıb. Vəkilin sözlərinə görə, Maskın qanında heç vaxt narkotik maddə aşkarlanmayıb.