Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ Şurasının prezidenti Avropa Parlamentinə seçkilərə qədər istefa verməyəcək

Aİ Şurasının prezidenti Avropa Parlamentinə seçkilərə qədər istefa verməyəcək

Tarix: 8 Yanvar 2024 06:44

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentinə seçkilərə qədər tutduğu vəzifədən istefa verməyəcək, o, öz funksiyalarını seçkilərə hazırlıqla birləşdirəcək.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "TASS" mənbəyə istinadən məlumat yayıb.

Aİ rəhbərinin səlahiyyətləri planlaşdırılandan beş ay əvvəl Mişelin varisinə veriləcək. Bu, 2024-cü ilin iyununda baş verəcək.

Mənbə vurğulayıb ki, Mişel hazırkı səlahiyyətləri başa çatmamış Avropa Parlamentinə seçkilərdə namizədliyinin irəli sürülməsinin Avropa İttifaqını zəiflətməyəcəyinə əminliyini ifadə edib. Mənbə bildirib ki, seçkilərdə iştirak onun demokratik legitimliyini yalnız gücləndirəcək.

Bundan əvvəl məlum olub ki, qurumun rəhbəri Şarl Mişel istefa verdikdən sonra Avropa Şurasına sədrlik müvəqqəti olaraq Macarıstanın baş naziri Viktor Orbana keçə bilər, çünki bu ölkə 2024-cü ilin iyulundan dekabr ayına kimi Avropa Şurasına sədrlik edəcək.


Etiketlər:  Şurasının prezidenti Avropa Parlamentinə seçkilərə qədər istefa verməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ