Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2019 13:56
Bakı. Trend:
Dünya əhalisinin 22 faizi daim əsəb, 24 faizi daim kədər hiss edir, 39 faiz isə daim narahatdır.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın “Gallup” ictimai rəy təşkilatının hesabatında deyilir.
Hesabatda müxtəlif emosiyalar üzrə ölkələrin siyahısı tərtib olunub.
Əhalisi daha az mənfi emosiyalı olan ölkələr arasında Azərbaycan ön sırada yer alıb.
Ölkə Qırğızıstan, Latviya və İsveçlə yanaşı 19 bal toplayıb.
Ən çox mənfi emosiyalı əhalisi olan ölkələr arasında birinci yerdə 54 xalla Çad qərarlaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin