Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vidal erməni futbolçunu axmaq adlandırdı

Vidal erməni futbolçunu axmaq adlandırdı

Tarix: 8 Yanvar 2024 14:48

Çilili yarımmüdafiəçi Arturo Vidal həmyerlisi Aleksis Sançesə məsləhət verib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Pianetamilan"-a danışan ulduz futbolçu Aleksisə az şans verilməsini etirazla qarşılayıb. 

Vaxtilə "İnter"də oynayan Vidal həmyerlisinin erməni futbolçu Henrix Mxitaryanla əsas heyətdə yer uğrunda rəqabəti ədalətli hesab etmədiyini bildirib: "Aleksis, "İnter"dən ayrılmalısan. Sən ümumiyyətlə oraya qayıtmamalı idin. Sançesin yerinə bu axmaq Mxitaryanı necə oynada bilərlər? Mən bu ədalətsizliyi qəbul edə bilmirəm və çox qəzəblənirəm".

Qeyd edək ki, Aleksis Sançes bu mövsüm "İnter"də bütün turnirlərdə cəmi 14 oyuna çıxıb və 2 qol vurub.

Milli.Az


Etiketlər:  Vidal erməni futbolçunu axmaq adlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ