Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Liverpul"dan Acunun klubuna cavab

Tarix: 8 Yanvar 2024 16:10

"Liverpul"un futbolçusu Fabio Karvalyo karyerasını Acun Ilıcalının "Hall Siti" (İngiltərə) klubunda davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Tərəflər artıq 21 yaşlı futbolçunun icarə əsasında transferi üçün razılığa gəliblər. Yaxın vaxtlarda yarımmüdafiəçi "Hall Siti" ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Karvalyo peşəkar karyerasına "Fulhem"də başlayıb. O, 2022-ci ilin yayında 5,9 milyon avroya "Liverpul"a keçib. Fabio komandanın heyətində 21 oyuna çıxıb və 1 qol vurub. Portuqaliyalı futbolçu 2023-cü ilin yayından dekabr ayınadək icarə əsasında "Leyptsiq"də oynayıb. Karvalyo bu müddət ərzində 15 görüşdə iştirak edib.

Xatırladaq ki, TV8 kanalının rəhbəri, türkiyəli məşhur aparıcı Acun Ilıcalı 2022-ci ilin yanvarında "Hall Siti"ni alıb. Komanda hazırda Çempionşipdə mübarizə aparır və 26 oyundan sonra turnir cədvəlində 39 xalla 7-cidir.

Milli.Az


Etiketlər:  Liverpuldan Acunun klubuna cavab


RƏYLƏR