Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2024 19:34
Türkiyənin İstanbul şəhərində bir nəfər ona cadu edildiyini iddia edərək özünü yerdən yerə vurub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ötən gün Bəyoğlu Kulaksızda küçələrin birində Yasin Akbulut adlı vətəndaş küçədə oturaraq sürünməyə başlayıb. Onun qəribə hərəkətləri insanların diqqətini çəkib. Ona kömək etmək istəyən dostuna isə qışqıraraq uzaqlaşmasını istəyib və bu sözləri deyib:
"Bunlar mənim həyatımı məhv etdi. Mən əliləm. Bunların hamısı cadugərdir. Ayağımda 3 ədəd platin var. Mən ölmüşəm. Buna qulaq asmayın. Onlar bizə cadu ediblər. Cadugər tanışları var".