Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyanın 8 bölgəsində “sarı” xəbərdarlıq edildi

İtaliyanın 8 bölgəsində “sarı” xəbərdarlıq edildi

Tarix: 8 Yanvar 2024 23:28

İtaliyada ekstremal hava şəraitinin yarada biləcəyi təhlükə ilə əlaqədar 8 regionda "sarı" xəbərdarlıq edilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Ölkənin Mülki Müdafiə qurumu ölkədə külək və qar yağması nəticəsində yarana biləcək təhlükəli hava hadisələrinə hazır olmaq barədə xəbərdarlıq edib.

Ölkədə hökm sürən hava şəraiti nəticəsində iki nəfər həyatını itirib.

Qeyd edək ki, "sari" xəbərdarlıq maksimum xəbərdarlıq olan "qırmızı" səviyyəsindən iki səviyyə aşağıdır.

Milli.Az


Etiketlər:  İtaliyanın 8 bölgəsində sarı xəbərdarlıq edildi


RƏYLƏR