Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2024 23:40
AzTV-də yayımlanan "Yüz ilin sirləri" verilişi "Bəxt üzüyü"nün "Sevda"sı, müğənni-aktrisa Firəngiz Rəhimbəyovaya həsr edilib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ABŞ-da yaşayan və orada ürəktutmasından dünyasını dəyişən F.Rəhimbəyovanın ailə üzvləri və yaxınları onunla bağlı xatirələrini bölüşüb.
Verilişdə 80-ci illərdə Azərbaycan müasir estradasının üzvlərindən biri olan F.Rəhimbəyovanın karyerasının zirvəsində ölkəni tərk etməsinin və Bakıda ailə həyatının alınmamasının səbəbi, vəfatından bir neçə gün əvvəl görüntülərini və ailə arxivi təqdim edilib.
ABŞ-da yaşayan qızı, nəvəsi və ən yaxın dostu, aparıcı Səxavət Nur, Bakıda isə aktrisanın rəfiqəsi Əməkdar artist Suğra Bağırzadə və onunla işləyən bəstəkar Siyavuş Kərimi danışıb.