Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2024 00:12
Ukrayna, İsveç, Böyük Britaniya və Kanada 2020-ci ilin yanvarında Tehran səmasında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin vurulması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) İrana qarşı müzakirə başladılması üçün müraciət edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə dörd ölkənin xarici işlər nazirləri birgə bəyanat yayıblar.
"Bu gün biz Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 3bis maddəsi ilə tanınan beynəlxalq hüquqi öhdəliklərini pozaraq, uçuş zamanı mülki təyyarəyə qarşı silahdan istifadə edilməsinə görə İrana qarşı Beynəlxalq Mülki Aviasiya Təşkilatı qarşısında işi birgə başlatdıq", - bəyanatda vurğulanıb.
Bəyanatda bildirilir ki, Tehran bütün danışıqlar cəhdlərinə baxmayaraq, dörd ildir ki, PS752 reysinin vurulması ilə bağlı tam beynəlxalq hüquqi məsuliyyəti öz üzərinə götürməkdən imtina edir, buna görə də mübahisənin İCAO Şurasının müzakirəsinə çıxarılmasına qərar verilib.
Qeyd edək ki, 2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boinq 737-800" təyyarəsi Tehran hava limanından qalxdıqdan az sonra İran tərəfindən vurulmuşdu. Hadisə zamanı 176 sərnişin həlak olmuşdu.