Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT: Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürülməsindən ciddi narahatlıq keçiririk

BMT: Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürülməsindən ciddi narahatlıq keçiririk

Tarix: 9 Yanvar 2024 00:52

"BMT Baş katibi Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürülməsindən ciddi narahatlıq keçirir".

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu BMT sözçüsünün müavini Florensiya Soto Ninyo gündəlik mətbuat konfransında deyib.

O bildirib ki, Qəzzada Əl-Cəzirə televiziyasının tanınmış fələstinli müxbiri Vael əl-Dahduh və oğlu da daxil olmaqla daha iki jurnalist öldürülüb: "Biz bu dəhşətli xəbərləri gördük və Qəzzada jurnalistlərin öldürülməsindən çox narahatıq. Bilirik ki, münaqişənin başladığı qısa müddət ərzində bu rəqəmlər həddindən artıq çoxdur. Jurnalistlər həqiqətləri dünyaya çatdırmaq üçün həyatlarını riskə atdılar və orada qarşılaşdıqları şəraitdə onların işləri getdikcə çətinləşir. Biz bir daha təkrarlayırıq ki, hər hansı digər mülki vətəndaş kimi jurnalist də qorunmalıdır və onlar gördükləri iş üçün hədəfə alınmamalıdırlar. Biz öldürülən jurnalistlərin ailələrin və həmkarlarına başsağlığı veririk".

Qeyd edək ki, karyerasını Qəzzada baş verənləri işıqlandırmaqda keçirən Əl-Cəzirə televiziyasının tanınmış fələstinli müxbiri Vael əl-Dahduh oktyabr ayında İsrailin hava hücumu nəticəsində həyat yoldaşını, bir oğlunu və qızını və bir körpə nəvəsini itirmişdi. Qəzzadakı səlahiyyətlilərə görə, ötən gün onun böyük oğlu Həmzə İsrailin hava hücumu nəticəsində onunla eyni avtomobildə hərəkət edən həmkarı ilə bərabər həlak olub.


Etiketlər:  Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürülməsindən ciddi narahatlıq keçiririk


RƏYLƏR