Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

25 yaşa qədər dünyanın ən bahalı 10 qapıçısının adı açıqlandı - SİYAHI

25 yaşa qədər dünyanın ən bahalı 10 qapıçısının adı açıqlandı - SİYAHI

Tarix: 9 Yanvar 2024 04:12

CIES Araşdırmalar Mərkəzi 25 yaşa qədər dünyanın ən bahalı 10 qapıçısının siyahısını dərc edib.

Sonxeber.net "report"a istinadən bildirir ki, sıralamaya Portuqaliyanın "Portu" klubunun qolkiperi Dioqu Koşta başçılıq edir.

Portuqaliya millisinin üzvünün transfer dəyəri 73,4 milyon avroya bərabərdir. İkinci yerdə Fransanın PSJ klubunun italiyalı dəri əlcək sahibi Canluici Donnarumma qərarlaşıb. İlk "üçlüy"ü Portuqaliyanın digər klubu "Benfika"da çıxış edən ukraynalı Anatoli Trubin qapayır.

Dünyanın ən dəyərli 10 qapıçısı:

1. Dioqu Koşta ("Portu", Portuqaliya) - 73,4 milyon avro

2. Canluici Donnarumma (PSJ, Fransa) - 69 milyon

3. Anatoli Trubin ("Benfika", Portuqaliya) - 58,3 milyon

4. Georgi Mamardaşvili ("Valensiya", İspaniya) - 41,5 milyon

5. Luka Şevalye ("Lill", Fransa) - 39,4 milyon

6. Bart Verbryuqqen ("Brayton", İngiltərə) - 36,9 milyon

7. Qevin Bazunu ("Sauthempton", İngiltərə) - 32,2 milyon

8. İllan Melye ("Lids", İngiltərə) - 25,7 milyon

9. Andrey Lunin ("Real", İspaniya) - 25,1 milyon

10. Maarten Vandevordt ("Genk", Belçika) - 19,6 milyon


Etiketlər:  yaşa qədər dünyanın bahalı qapıçısının adı açıqlandı SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ