Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xüsusi Təyinatlıların ŞOK ƏMƏLİYYATI - "Ördəklər"in lideri SAXLANILDI - VİDEO

Xüsusi Təyinatlıların ŞOK ƏMƏLİYYATI -

Tarix: 9 Yanvar 2024 20:50

Türkiyənin Hatay vilayətində Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi 'Ördəklər' cinayət təşkilatının liderini yaxalayıb. 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, 17 il 6 ay həbs cəzası alan 'Ördəklər' cinayət təşkilatının lideri M.Ö-nün 2023-cü ilin yanvar ayında həbsxanadan qaçdığı müəyyən edilib.

Ötən şənbə günü keçmiş boksçu M.Ö-nün tutulması üçün xüsusi təyinatlıların dəstəyi ilə əməliyyat keçirilib. Əməliyyat zamanı sözügedən cinayətkar təşkilatın rəhbəri Antakyanın Gülderen rayonunda gizləndiyi məlum olub. M.Ö keçirilən əməliyyat nəticəsində yaxalanıb. Həmin şəxs Kilis L Tipi Cəza Müəssisəsinə təhvil verilib.

Milli.Az


Etiketlər:  Xüsusi Təyinatlıların ŞOK ƏMƏLİYYATI Ördəklərin lideri SAXLANILDI VİDEO


RƏYLƏR