Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2024 22:20
Qərb ölkələri bir neçə il Ukraynaya dəstək verməyə hazırdır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.
"Müttəfiqlərimizlə birlikdə Putinə aydın şəkildə bildirmək istəyirik ki, onun "gözlə-gör" siyasəti işə yaramayacaq. Biz 2024, 2025, 2026-cı illərdə Ukraynanı dəstəkləməyə hazırıq, onlara bu dəstəyi verməyə hazırıq, çünki bu, bizim nəsil üçün əsas problemdir", - deyə Kemeron bildirib.
Kemeron əlavə edib ki, Qərb koalisiyasına daxil olan ölkələrin ümumi ÜDM-i Rusiyanı 25 dəfə üstələyir.