Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ müttəfiqləri ilə husilərə qarşı tədbirləri müzakirə edəcək

ABŞ müttəfiqləri ilə husilərə qarşı tədbirləri müzakirə edəcək

Tarix: 11 Yanvar 2024 06:46

"ABŞ müttəfiqləri və tərəfdaşları ilə Yəmənin husi üsyançıları Qırmızı dənizdə gəmilərə hücumlarını dayandırmasalar, onlara qarşı əlavə addımları müzakirə edəcək".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

O qeyd edib ki, ABŞ beynəlxalq ticarətlə məşğul olan gəmilər üçün Qırmızı dənizdən təhlükəsiz keçidi təmin etmək öhdəliyinə sadiqdir:

"Bu hücumlar davam edərsə, müttəfiqlərimiz və tərəfdaşlarımızla müvafiq növbəti addımlar barədə koordinasiya etməyə və yaxından məsləhətləşməyə davam edəcəyik. Vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün ən yaxşı həll husilərin hücumlarını dayandırmaqdır. Amerika səlahiyyətliləri regionda gərginliyin artmasının qarşısını almağa üstünlük verəcək".

Milli.Az


Etiketlər:  ABŞ müttəfiqləri ilə husilərə qarşı tədbirləri müzakirə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ