Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqamızda mövsümün 100-cü qolu

Premyer Liqamızda mövsümün 100-cü qolu

Tarix: 12 Noyabr 2019 10:56

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu, 11-ci turun “Sabah” – “Sumqayıt” görüşünə təsadüf edib. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub. Yubiley qolunun müəllifi Əmir Ağayev olub.

Ümumilikdə isə, 44 oyunda 102 qol vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdir.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” oyununda (0:1) İsmayıl İbrahimli vurub.

 


Etiketlər:  Premyer Liqamızda mövsümün 100 qolu


RƏYLƏR