Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 13:54
18 yaşlı yarımmüdafiəçi Yunus Emre Konak karyerasını İngiltərədə davam etdirəcək.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, məlumatı türk futbolçunu heyətinə qatan "Brentford"un rəsmi saytı yayıb.
Bu transfer üçün "Sivasspor"a 4,5 milyon avro ödənildiyi, gənc oyunçunun müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atdığı vurğulanıb.
Cari mövsüm "Sivasspor" forması ilə 17 matça çıxan Konak 1 məhsuldar ötürmə ilə yadda qalıb.
19 tura 19 xal toplayan "Brentford" İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı pillədə mövqe tutub.