Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-də yeni impiçment başlayıb

ABŞ-də yeni impiçment başlayıb

Tarix: 12 Yanvar 2024 20:08

ABŞ Konqresindəki respublikaçılar administrasiyanın immiqrasiya üzrə yüksək vəzifəli məmuruna qarşı impiçment proseduruna başlayıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu addım xüsusilə ona görə diqqət çəkib ki, Senatda hər iki partiyanın nümayəndələri eyni vaxtda immiqrasiya qanunları ilə bağlı danışıqlar aparırlar.

Xüsusilə qeyd olunub ki, ABŞ prezidenti Co Baydenə qarşı davam edən impiçment prosesi kontekstində bu həftə Nümayəndələr Palatasının respublikaçıları daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə çıxış ediblər.

"Katib Mayorkas dəfələrlə Amerika xalqına və Birləşmiş Ştatlar Konqresinə yalan danışıb. Təhqiqatımız Mallorkasın ictimaiyyəti çaşdırdığı 100-dən çox hadisəni üzə çıxarıb", - ABŞ Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin sədri respublikaçı Mark Qrin bildirib.

Milli.Az


Etiketlər:  ABŞ yeni impiçment başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ