Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 23:40
Vatikan Ukrayna münaqişəsində tərəflərin sülhü bərqərar etməyə hazır olduğunu görmür.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolin ictimai tədbirdə çıxışı zamanı bildirib.
"Münaqişənin sona çatmasına birbaşa yönəlmiş heç bir xüsusi addım atılmır. Amma qarşılıqlı anlaşma və yaxınlaşma şəraitini təşviq etmək istərdim ki, bu da danışıqları daha da yaxınlaşdırmağa imkan verəcək. Amma şəxsən mən tərəflərin bütün bunlardan hələ çox uzaq olduğunu görürəm", - o deyib.