Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftimiz ucuzlaşdı

Neftimiz ucuzlaşdı

Tarix: 13 Yanvar 2024 11:00

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,28 ABŞ dolları, yaxud 0,3% azalaraq, 84,04 ABŞ dolları təşkil edib.

Sonxeber.net xəbər verir ki, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 78,29 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Etiketlər:  Neftimiz ucuzlaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ