Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evi və ya mənzili kifdən qoruyan TƏBİİ VASİTƏ - 82 % aradan qaldırır

Evi və ya mənzili kifdən qoruyan TƏBİİ VASİTƏ - 82 % aradan qaldırır

Tarix: 13 Yanvar 2024 21:51

Süfrə sirkəsi əlavə xərc çəkmədən evinizdə və ya mənzilinizdə kifdən xilas olmağa kömək edəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, təhlükəli kif üçün ucuz və təsirli vasitə "BelNovosti" nəşrinin mütəxəssisləri tərəfindən kəşf edilib.

Mütəxəssislərin fikrincə, sirkə səthləri təmizləyir və xoşagəlməz qoxuları aradan qaldırır.

"Qeyd etmək lazımdır ki, belə bir məhsul ən çətin olan qara da daxil olmaqla kif növlərinin 82 faizini aradan qaldırmağa qadirdir", - ekspertlər deyiblər.

"Məhsuldan istifadə etmək asandır: sirkəni kiflənmiş səthə səpin və bir saat buraxın. Bundan sonra səth nəm süngər ilə silinməlidir. Sulandırılmamış sirkə turşusundan istifadə etsəniz, effektivlik daha yüksək olacaq", - mütəxəsislər vurğulayıblar.

Milli.Az


Etiketlər:  Evi ya mənzili kifdən qoruyan TƏBİİ VASİTƏ 82 aradan qaldırır


RƏYLƏR