Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tayson irqçilik haqda - "Braziliyaya qayıtmaq istəyirdim"

Tayson irqçilik haqda -

Tarix: 12 Noyabr 2019 13:24

Ukrayna Premyer Liqasının son turunda Kiyev  “Dinamo”su ilə oyunda irqçiliyə məruz qalan “Şaxtyor”un futbolçusu Tayson bununla bağlı fikirlərini bölüşüb.

Qol.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi irqçi şüarlara görə bir anlıq ağılından vətəninə qayıtmaq keçdiyini deyib:

“Əvvəlcə düşündüm ki, əşyalarımı götürüb Braziliyaya qayıtmalıyam. Ancaq bu qərarı vermək çətindir. Çünki  “Şaxtyor” məni 30 milyon avroya “Milan”a satmaqdan imtina edib. Təsəvvür edin, məni indi buraxarlar? Başqa yolum yoxdur. Dekabrın 15-də Braziliyaya gedəcəyəm, ancaq tətilə”.

Xatırladaq ki, “Dinamo” ilə oyun zamanı kiyevli azarkeşlər Taysonu irqçi şüarlarla təhqir edib. O isə  görüşün 74-cü dəqiqəsində qaydanı pozduğu vaxt fanatlara orta barmağını göstərib. Hakim buna görə Taysona qırmızı vətəqə göstərib.
 


Etiketlər:  Tayson irqçilik haqda Braziliyaya qayıtmaq istəyirdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ