Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2024 07:08
PSJ-nin hücumçusu Kilian Mbappenin anası, eyni zamanda agenti olan Faiza Lamari oğlunun Parisin top-klubu ilə müqaviləsindən danışıb.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, o, "RMC Sport"a açıqlamasında Mbappenin fantastik maaş alması barədə iradlara münasibət bildirib:
"Bunda nə günah var, nə də ayıb bir şey. On milyard da versəydilər, bunu götürərik. Sistem belə işləyir".
Xatırladaq ki, Mbappe Fransa nəhəngi ilə müqaviləsini 2022-ci ilin yazında uzadıb. Fransa mətbuatı 25 yaşlı hücumçunun təzminat məbləğinin 300 milyon avro, həmçinin maaşının mövsümə 100 milyon avroya çatdığını iddia edir. Tərəflər arasında hazırki müqavilənin müddəti 2024-cü ilin yayında başa çatacaq. Mbappe ona yenidən müqaviləni uzatmağı təklif edən Paris nəhənginin istəyinə qarşılıq vermir.
Fransa millisinin üzvünü "Real Madrid" transfer etməyə çalışır.