Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2024 13:00
Braziliyanın yaşlı sakini mətbəxinin altında qazılmış təxminən 40 metr dərinliyi olan quyuya düşərək ölüb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, dərinlikdə qızılın gizlədildiyini güman etdiyi üçün adam özü quyunu qazıb və həmçinin bunun üçün işçiləri cəlb edib.
Kişinin qonşuları kiminsə yuxuda ona evin altında qızıl olduğunu dediyini bildiriblər. 71 yaşlı braziliyalı quyu qazmağa başlayıb, daha sonra isə tarazlığını saxlaya bilmədiyi üçün quyuya yıxılıb.
Quyunun diametrinin təxminən 90 sm olduğu qeyd edilir.