Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real Madrid” “Barselona”nı darmadağın etdi - VİDEO

“Real Madrid” “Barselona”nı darmadağın etdi - VİDEO

Tarix: 15 Yanvar 2024 06:32

"Real Madrid" İspaniya Superkuboku uğrunda görüşdə "Barselona"ya qalib gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qarşılaşmaya fəal başlayan Madrid təmsilçisi yeddi və 10-cu dəqiqələrdə Vinisius Juniorun vurduğu qollarla önə keçib. 33-cü dəqiqədə R.Levandovski vurulan qollardan birinin əvəzini çıxsa da, katalonların bundan artığına gücü çatmayıb.

Əvəzində 39-cü dəqiqədə V.Junior özünün və komandasının üçüncü qolunu vurub.
Qarşılaşmada son nöqtəni 64-cü dəqiqədə Rodriqo qoyub.

Beləliklə, "kral klubu" tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub.

Milli.Az


Etiketlər:  Real Madrid Barselonanı darmadağın etdi VİDEO


RƏYLƏR