Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezidentliyə namizədlər seçkiyə hansı şüarlarla gedir?

Prezidentliyə namizədlər seçkiyə hansı şüarlarla gedir?

Tarix: 15 Yanvar 2024 17:50

Xəbər verdiyimiz kimi, bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılıb. 

Artıq seçki məntəqələrinin qarşısında ayrılmış xüsusi lövhələrdə namizədlərlə bağlı məlumatlar yerləşdirilir. Yanvarın 15-dən start götürən proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən bu məqamda prezidentliyə namizədlərin seçki şüarlarını təqdim edir:

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev - "Qalib xalqın qalib lideri!";

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - "Ən böyük sərvət insandır!";

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - "Sosial ədalət, sosial demokratiya";

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - "Dayağımız: yeniləşən, çalışqan insan! Hədəfimiz: rifat dövləti Azərbaycan!";

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev -"Hər şey qalib xalqımız üçün! Biz yeniliyi seçdik!";

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - "Ədalət, hüquq, demokratiya";

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - "Varlı vətəndaş, varlı ölkə!".


Etiketlər:  Prezidentliyə namizədlər seçkiyə hansı şüarlarla gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ