Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidin qızı dünyaya gəldi - FOTO

Şəhidin qızı dünyaya gəldi - FOTO

Tarix: 15 Yanvar 2024 19:06

Ötən il 19-20 sentyabrda Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Asim Abdullayevin övladı dünyaya gəlib.

Milli.Az xəbər verir ki, Tovuz rayonunda doğulan körpəyə Günay adı verilib.

Şəhid övladının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək.

Qeyd edək ki, Abdullayev Asim Cavanşir oğlu 10 dekabr 1982-ci ildə Tovuz rayonunun Vahidli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin 

MAHHXHQ kiçik çavuşu olub.

23 sentyabr 2023-cü ildə Ağdərə rayonunda şəhid olub. Tovuz rayonu Vahidli kənd qəbiristanlığında dəfn edilib.

Milli.Az


Etiketlər:  Şəhidin qızı dünyaya gəldi FOTO


RƏYLƏR