Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2024 20:22
Niderlandın Arnhem şəhərində müsəlmanlar Qurani-Kərimi yandırmaq cəhdinin qarşısını alıblar.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Avropada sağçı ekstremistlər təxribat üçün yenidən hərəkətə keçiblər. Qərbin İslamlaşmasına qarşı Vətənpərvər Avropalılar (PEGIDA) tərəfdarlarından bir qrup Arnhem bələdiyyəsindən aldıqları icazə ilə Qurani-Kərimi yandırmağa cəhd ediblər.
Şəhərdə yaşayan müsəlmanlar çirkin aksiyanın qadağan edilməsi üçün bələdiyyəyə müraciət etsələr də, tələbləri rədd edilib.
İslam düşmənləri Quranı yandırmaq istəyərkən, müsəlmanlar müdaxilə edərək aksiyanın qarşısını almağa çalışıblar. Həmin müsəlmanlara polis dəyənəklərlə müdaxilə edib.